Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 13:18
Bakı. Ceyhun Ələkbərov - Trend:
Pandemiya dövründə ümumilikdə 446 vətəndaş Bakı Limanından yola salınıb.
Trend-in məlumatına görə, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov deyib. Onun sözlərinə görə, bu şəxslər Azərbaycandan Qazaxıstana yollanıb:
"May ayının 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə mindikdən sonra Kurık Limanı Qazaxıstan vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 446 vətəndaş, onlardan 253-ü Qazaxıstan vətəndaşı və 193-ü xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb".