Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 16:42
"Bakı"nın sabiq futbolçusu Silvinyo Juan de Karvalyo futbola qayıdıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Jaba ləqəbli 39 yaşlı hücumçu Braziliya D Seriyasında "AE Altos"un heyətində "San Raymundo" ilə ev matçında meydana çıxıb. İkinci hissədə meydana daxil olan braziliyalı oyunçu 32 dəqiqə oynayıb. Rəqib qapısına zərbə endirə bilməyən Karvalyo iki dəfə qaydanı pozub.
Qeyd edək ki, "San Raymundo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Jaba 2009 - 2012-ci illərdə və 2014/2015 mövsümündə "Bakı"nın şərəfini qoruyub. O, 2009/2010 mövsümündə Azərbaycan kubokunu qazanıb.