Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik

Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik

Tarix: 24 Sentyabr 2020 17:33

Bakı.İlhamə İsabalayeva - Trend:

Gələn il üçün buraxılış imtahanlarında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutulurdu, amma hələlik biz bunu həyata keçirə bilməyəcəyik.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, xarici dildən danışma qabilliyyətinin yoxlanılması üçün texniki və maliyyə vəsaiti tələb olunur:

"Bilirsiz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə aparılacaq. Buna cəmiyyət də hazır olmalıdır. Bizim üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki,bu il pandemiya ilə əlaqədar 5-6-7-8- ci siniflərdə monitorinq imtahanları keçirə bilmədik".


Etiketlər:  Məleykə Abbaszadə Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ