Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 16:12
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sentyabrın 26-da Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.
Sonxeber.net Nazirlər Kabinetinə istinadən xəbər verir ki, məktubda deyilir:
"Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".