Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

GSMA təşkilatı gələn ilki MWC sərgisinin keçirilmə tarixini təyin edib

GSMA təşkilatı gələn ilki MWC sərgisinin keçirilmə tarixini təyin edib

Tarix: 26 Sentyabr 2020 19:52

Mobil cihazlar sahəsinin ən böyük sərgilərindən biri olan MWC (Mobile World Congress) adətən hər ilin birinci rübündə baş tutur. Lakin gələn il bu vəziyyət dəyişəcək. Qeyd etmək lazımdır ki, bu il sözügedən sərgi koronavirus pandemiyası səbəbilə umumiyyətlə keçirilmədi. Operatorların beynəlxalq assosiasiyası olan GSM (GSMA) 2021-ci il üçün MWC sərgisinin keçirilmə tarixini açıqlayıb.

Bu barədə Gizmochina saytı xəbər verib. Adətən iyun ayında keçirilən MWC Asia sərgisi gələn il 23-25 fevral tarixlərində keçiriləcək. İlk öncə gələn ilin mart ayının ilk həftəsində keçirilməsi planlaşdırılan MWC Barcelona isə 28 iyun tarixində başlayacaq və 1 iyul tarixində bitəcək. GSMA təmsilçiləri bildiriblər ki, Barselona-da keçiriləcək sərginin mart ayından iyun ayına keçirilməsi qərarı bu sərgidə maraqlı olan bütün təmsilçilər ilə birlikdə verilib.

"Sərgi iştirakçılarının, ziyarətçilərin, personalın və Barselona sakinlərinin səhhətləri ilə təhlükəsizlikləri hər şeydən üstündür" - deyə GSMA direktoru qeyd edib. MWC Los Angeles-ə gəldikdə isə onun keçirilmə tarixində bir dəyişiklik yoxdur. Beləliklə MWC Los Angeles sərgisi əvvəlcədən də planlaşdırıldığı kimi 28-30 oktyabr tarixlərində keçiriləcək.


Etiketlər:  GSMA təşkilatı gələn ilki sərgisinin keçirilmə tarixini təyin edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ