Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2020 14:09
Ermənistanın son hücumları ümumiyyətlə bu ölkənin aqessiyası qəbul edilməzdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Azərbaycanın bir çox kəndlərinə Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başladığı xəbərini alıblar.
"İtki və yaralı olduğu xəbəri bizi məyus etdi. Ermanistana Azərbaycanın başlatmış olduğu əks-hücumla bağlı bir şeyi demək istəyirik: Türkiyə Azərbaycanın hər zaman yanında oldu və olmağa davam edəcək", - səfir bildirib.
O qeyd edib ki , Ermənistanın bu aqressiyasının dayandırmağın vaxtı çatıb və bütün dünya bunu bilməlidir.