Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 13:36
Bakı. Trend:
Çin hökuməti Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağda gərginliyi tezliklə azaltmağa və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırır.
Trend-in məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinq zamanı deyib.
Onun sözlərinə görə, Çin hesab edir ki, regionda sülh və sabitlik bütün tərəflərin, o cümlədən Ermənistan və Azərbaycanın maraqlarına cavab verir:
“Ümid edirik ki, müvafiq tərəflər təmkinli davranacaq və gərginliyin daha da artmasından qaçmağa çalışacaq. Həmçinin ümid edirik ki, onlar fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcək”.