Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandakı islahalatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır - Mürvət Həsənov

Azərbaycandakı islahalatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır - Mürvət Həsənov

Tarix: 2 Iyul 2019 12:45

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda aparılan islahalatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimatında Azərbaycan Baş Prokurorluğunun Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Mürvət Həsənov deyib.

M.Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamının icrası ilə bağlı bir sıra qanunlara dəyişiklik edilib.

Onun sözlərinə görə, dəyişikliklər 8 mindən artıq məhkuma şamil edilib: "Həmin şəxslərdən 2816-sı cinayət məsuliyyətindən azad olunub. Onlardan 297 nəfəri real azadlıqdan məhrumetmə cəzasından azad edilib. 2884 şəxsin cəzası isə yüngülləşdirilib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycandakı islahalatların əsas nəticəsi insanların hüquq azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır Mürvət Həsənov


RƏYLƏR