Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan və Conson Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Ərdoğan və Conson Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Tarix: 28 Sentyabr 2020 23:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı tərəflər başda Şərqi Aralıq dənizi regionundakı vəziyyət və Ermənistanın Azərbaycana hücumu nəticəsində regionda yaranan gərginlik olmaqla regional məsələlər müzakirə edilib.

Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan qarşıdurmalara toxunan Rəcəb Tayyib Ərdoğan, bölgədə sülh və sabitliyə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalı olduğunu qeyd edib.


Etiketlər:  Ərdoğan Conson Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ