Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 17:52
Bakı. Trend:
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir sülh prosesi mövcud deyil.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Komsomolskaya pravda” radiosunun efirində deyib.
Səfir bildirib ki, Ermənistanın bugünkü rəhbərliyi danışıqlar prosesi ilə bağlı absurd bəyanatlar verir və bununla da prosesi məhv edir:
“Bu gün heç bir sülh prosesi, sülh danışıqları yoxdur”.
P.Bülbüloğlu Azərbaycanın hansı şərtlər irəli sürdüyünü deyib:
“Şərt birdir: ərazilərin əhalidən yox, ordudan tam və qeyd-şərtsiz azad edilməsi. Biz Qarabağın dinc əhalisindən danışmırıq, Azərbaycan torpaqlarının erməni ordusu tərəfindən işğalı barədə danışırıq”.
Hazırda iki ölkə arasında baş verənləri müharibə adlandırmaq olarmı sualına cavab verən səfir vurğulayıb ki, Azərbaycan üçün bu, işğal olunmuş ərazilərin azad edilməsidir:
“Baş verənləri necə istəsəniz, adlandırın. Bizim üçün bu işğal olunmuş ərazilərin azad edilməsidir”.