Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb

Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb

Tarix: 30 Sentyabr 2020 11:27

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb, media nümayəndələrinin işləməsi üçün bütün lazımi şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, otaqların birində jurnalistlərin işləməsi üçün kompüterlər quraşdırılıb, bir otaq fotostudiya kimi fəaliyyət göstərəcək, digər otaq isə brifinqlər və müsahibələrin alınması üçün nəzərdə tutulub

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək jurnalistlər üçün yaradılan şəraiti yüksək dəyərləndirib. Qeyd edib ki, bu yenilik KİV nümayəndələrinin parlamentin işini daha geniş və keyfiyyətli işıqlandırmasına müsbət təsir göstərəcək.


Etiketlər:  Milli Məclisdə jurnalistlər üçün yeni otağı yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ