Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 12:36
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 29-da 40,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,15 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel azdır.