Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməniləri tərifləmək istəyirdi, biabır oldu - VİDEO

Erməniləri tərifləmək istəyirdi, biabır oldu - VİDEO

Tarix: 30 Sentyabr 2020 12:36

Ermənipərəst rus aparıcı Vladimir Solovyov Youtube kanalı ilə efirə canlı verilən "Соловьев Live" verilişində gözlənilməz hadisə ilə üzləşib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, proqramda bir neçə gündür Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara toxunan aparıcı işğalçı Ermənistanın tərəfində olduğunu açıq-aşkar büruzə verib. Belə ki, o, ermənilərin hərbi komissarlığın önündə toplaşaraq, guya böyük ruh yüksəkliyi və alqışlarla cəbhəyə yollandıqlarını əks etdirən süjet göstərmək istəyib. Lakin efirə Azərbaycanda hərbi komissarlıqlardan birinin önündə çəkilən görüntülər gedib.

Azərbaycan bayrağını görən Solovyov hiddətlənərək, işçilərə "Sizin başınız işləyir? Bu səhv deyil, səhvdən də ağır bir şeydir. Nə etdiyinizi başa düşürsüz?! Sizə sözüm yoxdur" deyə bildirib.


Etiketlər:  Erməniləri tərifləmək istəyirdi biabır oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ