Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 12:48
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son oyunları keçiriləcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, son oyun günündəki 3 qarşılaşmanın ardından Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.
PAOK səfərdə 1:2 hesabı ilə uduzduğu Rusiya "Krasnodar"ını qəbul edəcək.
İlk görüşdə bu hesabla qələbə qazanmış "Zaltsburq" Avstriyada İsrailin "Makkabi" (Təl-Əviv) komandasını sınağa çəkəcək.
"Midtüllann" isə Çexiyada qolsuz heç-heçə etdiyi "Slaviya" ilə Danimarkada üz-üzə gələcək.
Qalib komandalar yollarına Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsində davam edəcəklər.
UEFA Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları
30 sentyabr
23:00. PAOK (Yunanıstan) - "Krasnodar" (Rusiya)
İlk oyun - 1:2
23:00. "Zaltsburq" (Avstriya) - "Makkabi" (Təl-Əviv, İsrail)
İlk oyun - 2:1
23:00. "Midtüllann" (Danimarka) - "Slaviya" (Praqa, Çexiya)
İlk oyun - 0:0
Qeyd edək ki, ilk oyun günündə Ukraynanın "Dinamo" (Kiyev), Macarıstanın "Ferentsvaroş" və Yunanıstanın "Olimpiakos" komandaları qrup mərhələsinə vəsiqə əldə edib. Belçikanın "Gent", Norveçin "Molde" və Kiprin "Omoniya" klubları isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.