Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 12:51
2020-ci il sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Ermənistan bu günə qədər həmin qətnamələri icra etməmişdir. Bu ilk növbədə Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir:
"Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür".