Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 18:03
Beynəlxalq ictimaiyyət bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində nadir fikir birliyi nümayiş etdirir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, dünya ictimaiyyəti nadir hallarda ümumi fikrə gəlsə də, bu dəfə beynəlxalq təşkilatların rəhbərlərinin, dövlət başçılarının, siyasətçilərin, ictimai xadimlərin bəyanatları yaxşı mənada eyni səslənir.
M.Zaxarova qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfləri atəşi dərhal dayandırmağa, siyasi-diplomatik səylərin bərpasına və problemin həll olunması üçün danışıqlar masasına oturmağa çağırır:
"Siyasi-diplomatik, sülh yolu ilə həldən başqa variant yoxdur. Bu, illər ərzində hazırlanmış sənədlər bazası ilə təsdiqlənir".