Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan 2 ciddi sınaqla üz-üzə - Ehtimal var ki...

Azərbaycan 2 ciddi sınaqla üz-üzə - Ehtimal var ki...

Tarix: 14 Oktyabr 2020 12:24

Ölkə olaraq çətin günlərdən keçirik. Bu hadisələrdə bildiyimiz kimi səhiyyə sisteminin də böyük rolu, üzərinə düşən ağır yük və məsuliyyəti vardır.

Bunu Sonxeber.net-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, ölkəmiz üçün belə bir həssas zamanda insanlarımızın ən böyük köməyi, xidməti xəstəlikdən özünü və ətrafını qorumaq, qaydalara riayət etmək, maska taxmaq olardı:

"Aylardır COVİD-19 infeksiyası ilə mübarizədə bir sıra çətinliklərimiz oldu, uğurlarımız oldu, itkilərimiz oldu. Lakin biz indi fevral-mart ayında deyilik artıq, koronavirus ilə tanışlığımızdan az qalır ki 1 ilə yaxın bir vaxt keçsin. Mart ayında karantin elan olunanda, insanlara qoruyucu tədbirlər aşılananda, onları xəstəlikdən qorunmağa çağıranda bir çox çətinliklərlə qarşılaşırdıq.

Biz tibb işçiləriyik, bizim özümüzə belə adaptasiya dövrü çətin oldu, o ki qaldı qeyri-tibb sahəsinin insanları. Amma düşünürəm ki, kiyafət qədər zaman keçib və hamımız öz üzərimizə düşəni, edəcəyimiz tədbirləri bilirik artıq. Mən vətəndaş olaraq qorunmalıyam, maskamı taxmalıyam, həkim olaraq müalicə ilə məşğul olmalıyam, yenilikləri izləməliyəm və s.

Çətin olan sağlam keçirdiyimiz günlər üçün darıxmaqdır

Bugünkü gün, səhiyyə ocaqlarımız, həkimlərimiz, tibb personalımız 2 ciddi sınaqla üz-üzə qalıb. Bir tərəfdən sayları artmaqda olan COVİD-19 xəstələrinin müalicəsi, digər tərəfdən yaralı hərbçilərin müalicəsi. Bizim bu sınaqlardan az itkilərlə çıxmağımız üçün əhalinin də diqqətli davranmasına, bütün bu sadaladıqlarımı nəzərə almasına və anlayışla qarşılamasına ehtiyacımız var. Bizə onlarla müraciətlər olur, könüllü xidmət etmək istəyənlər olur, həm yaralılara, həm koronovirus xəstələrinə. Məhz köməyinizi bu formada göstərsəniz, xəstəlikdən özünüzü qorusanız, ən böyük xidməti göstərmiş olarsınız. Qaydalara riayət etmək, maska taxmaq çətin deyil, sağlam keçirdiyimiz, xəstəlikdən azad keçirdiyimiz günlər üçün darıxmaqdır çətin olan.

Yoluxmanın daha da artmaq ehtimalı var

Yoluxma saylarımız artır, bunu hələ payız fəslinin əvvəlindən ehtimal edirdik, gözləmədiyimiz bir vəziyyət deyil, daha da artmaq ehtimalı var. Səbəblər də artıq hamıya bəllidir, havaların soyuması, qapalı məkanlarda insanların daha çox vaxt keçirməsi, iş yerlərinin açılması və s. Bizim insanımız da hər zaman soyuqdan özünü qoruyan olub, xəstəliklərin soyuqla əlaqəsinin olduğuna ciddi inanmışıq və bunun nəticəsi olaraq olduğumuz məkanları da soyuq aylarda daha az havalandırırıq təəssüf ki. Soyuqdan xəstəlik yaranmaz, amma qapalı mühitdə, havası mütəmadi dəyişilməyən, dolayısı ilə havadakı patogen mikrobların sayı artmış otaqda uzun müddət qalmaqdan xəstəlik yarana bilər".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan ciddi sınaqla üzə Ehtimal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ