Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 13:32
Uruqvay millisinin futbolçusu Luis Suares yeni rekorda imza atıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, hücumçu rəsmi turnirlərdə yığmanın heyətində ən çox qol vuran cənubi amerikalı adını qazanıb.
Suares DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə turnirinin II turunda Ekvadorun qapısına 2 dəfə yol tapıb. 2:4 hesablı məğlubiyyətdə dubl müəllifi olan Luis Uruqvay millisində qol sayını 41-ə çatdırıb.
Bununla da Suares üçhakimiyyətliliyə son qoyub. Uruqvaylı braziliyalı Ronaldo və argentinalı Lionel Messini arxada qoyub. Onların hərəyə 39 qolu var.