Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan qorunun, çünki düşmənlə üz-üzə dayanan əsgərlərimizin sağlamlığı... - Mütəxəssis

Koronavirusdan qorunun, çünki düşmənlə üz-üzə dayanan əsgərlərimizin sağlamlığı... - Mütəxəssis

Tarix: 14 Oktyabr 2020 16:36

İndi insanlar koronavirusdan qorunmağın zəruriliyini daha çox dərk etməlidirlər. Çünki onlar sağlamlıqlarını qorumamaqla yalnız özlərinin və yaxınlarının deyil, ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgərlərimizin də sağlamlığına ziyan vura bilərlər.

Sonxeber.net bildirir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, dünyada koronavirusa yoluxmanın artdığı bir zamanda ölkəmizdə də yoluxma hallarında artım müşahidə edilir.

Artıq sutkalıq yoluxma sayının 369-a yüksəldiyini deyən mütəxəssis əlavə edib ki, indiki müharibə vəziyyətində koronavirusla mübarizə hətta strateji əhəmiyyətə malik məsələ hesab oluna bilər:

"Biz indiyə qədər insanlara tövsiyə edirdik ki, koronavirusdan qorunmaq üçün tələb olunan bütün qaydalara əməl etsinlər, çünki qaydalara əməl etməsəniz, bu virus həm sizin özünüzün, həm də doğmalarınızın, ətrafınızda sizinlə ünsiyyətdə olan insanların sağlamlığı üçün təhlükə olacaq. Ancaq indi buraya yeni bir kateqoriya da əlavə edilib. Bu insanlarımız cəbhədə döyüşən əsgərlərimizdir. Bu gün onlar bizim üçün döyüşürlər, torpaqlarımızı canları hesabına işğaldan azad etmək üçün gecə-gündüz səngərlərdə olurlar. Biz də məhz onlar üçün sağlam olmalıyıq. Çünki hərbçilərimiz bu və ya digər səbəbdən sıravi vətəndaşlarla da təmasda olurlar və viruslar məhz həmin şəxslərdən hərbçilərimizə ötürülə bilər. Beləliklə, əminliklə deyə bilərik ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola və özü də bilmədən Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də mən hər kəsə üzümü tutaraq daha məsuliyyətli olmağa çağırıram. Bunu Ordumuza torpaqlarımızın işğaldan azad edilməsinə kömək etmək üçün edək. Məncə, hər kəs bu çağırışa müsbət cavab verərək üzərinə düşən məsuliyyəti şüurlu şəkildə dərk edə bilər".

Y.Abdiyeva əlavə edib ki, tətbiq edilən müəyyən karantin tədbirləri və müəyyən insanların öz məsuliyyətini dərk etməsi nəticəsində iyulun sonlarından ölkə üzrə COVİD-19-a sutkalıq yoluxma sayında azalma müşahidə edilsə də, son 1 həftə ərzində yoluxma sayında yenidən artım müşahidə edilir.

Mütəxəssis hesab edir ki, bu artımın baş verməsində kütlənin çox toplaşdığı ərazilərdə insanların qaydalara əməl etməməsi, qaydalara riayət etməyən insanların sayının son müddət ərzində getdikcə artması, insanlarda yaranan rahatlıq rol oynayıb.


Etiketlər:  Koronavirusdan qorunun çünki düşmənlə üzə dayanan əsgərlərimizin sağlamlığı Mütəxəssis


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ