Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəhər və rayonlarda da həftəsonu ictimai nəqliyyat işləməyəcək

Bu şəhər və rayonlarda da həftəsonu ictimai nəqliyyat işləməyəcək

Tarix: 14 Oktyabr 2020 18:10

Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Sonxeber.net xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin 387 №li Qərarına əsasən Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında:

- 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;

- 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək ;

- 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.  


Etiketlər:  şəhər rayonlarda həftəsonu ictimai nəqliyyat işləməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ