Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 22:45
Ermənistan rəhbərliyinin Dağlıq qarabağda ASALA beynəlxalq terror təşkilatını yerləşdirməsi böyük təhlükədir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, ermənilər hazırda da Dağlıq Qarabağa Livan və digər ölkələrdən terrorçuları gətirərək Azərbaycana qarşı döyüşlərə cəlb edib: "Bu yeni xəbər deyil. Ermənistan rəhbərliyi terrorçuları Dağlıq Qarabağda döyüşlərə cəlb edir. Artıq Ermənistan panika içərisindədir. Ermənistan bununla müharibə cinayətləri törədir. Bu bir tərəfdən yaxşıdır ki, Azərbaycan əsgəri həm də terrorçuları məhv edir. Amma bütün beynəlxalq təşkilatlar və regionda maraqlı olan dövlətlər bunun qarşısını almaq üçün təcili tədbirlər görməlidir.
Bu gələcəkdə regionda maraqlı olan dövlətlər üçün də təhlükə yarada bilər. Əgər bu faktların qarşısı alınmasa, Azərbaycan Ordusu həmin şəxsləri məhv edəcək. Bizim üçün fərqi yoxdur, dırnaqarası "dqr ordusu" olsun, Ermənistan ordusu olsun ya da xaricdən gələn hansısa teror təşkilatı. Bunların hamısı Azərbaycan üçün terrorçudur. Azərbaycan Ordusu həmin qurplaşmaları məhv edəcək. Məhv olmayanlar isə gələcəkdə məhkəmə qarşısında cavab verəcəklər".