Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 09:20
"Yuventus"un futbolçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru qardaşının koronavirusa yoluxmasına reaksiya verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, şəxsi "İnstagram" hesabında etdiyi paylaşımda Ronaldunun, əslində, sözügedən virusa yoluxmadığını və ümumiyyətlə, pamdemiyaya inanmadığını yazıb:
"Kriştianu bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. Çox sağ ol! İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya, testlər, ehtiyat tədbirlərini anlayacaq. Bu, həyatımda ən böyük fırıldaqçılıqdır. Bu gün "Bəsdir dünyanı aldatdınız" ifadəsini oxuyaraq, alqışladım. Zəhmət olmasa, gözlərinizi açın".
Qeyd edək ki, Ronaldu 10 gün karantində qalacaq və "Yuventus"un ən azı iki oyununu buraxacaq.