Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 18:32
Bakı. Nərgiz Sadıxova - Trend:
Dağlıq Qarabağ münaqişəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəliklərinə daxil deyil.
Bunu Trend-ə qazaxıstanlı politoloq İslam Kurayev deyib.
Onun sözlərinə görə, bu məsələdə Qazaxıstan Azərbaycanın mövqeyini tam dəstəkləyir. Politoloq bildirib ki, KTMT nəzərə alınsa, Belarus indi bu məsələ ilə bağlı fikri bildirmək vəziyyətində deyil, Qazaxıstan isə heç vaxt Ermənistanı dəstəkləməyəcək:
“Bu, onunla əlaqədardır ki, hazırda söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində işğaldan gedir, amma KTMT-nin məcəlləsinə ərazi münaqişələri daxil deyil”.