Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kurslarda şagirdlərin tibbi maskadan istifadəsinə nəzarət edilməlidir

Kurslarda şagirdlərin tibbi maskadan istifadəsinə nəzarət edilməlidir

Tarix: 16 Oktyabr 2020 11:36

Bakı. Samir Əli - Trend:

Gigiyena və Epidemologiya mərkəzləri təhsil müəssisələrini nəzarətdə saxlayır. Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrinin İdaəretmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, mərkəz koronavirus ocaqları olan müəssisələrin hamısına nəzxarət edir: “Təhsil və digər müəssisələrdə virus alovlanırsa, həmin müəssisə nəzarətə götürülür və o barədə tədbir görülür. Kursalatın davam etdirilməsinə gəlincə isə, hazırda kurslara gedən şagirdlər böyük yaşlılardır və onların maskadan istifadə etməsi mümkündür. Biz tövsiyyə etmişdik ki, azyaşlı şagirdlər maskadan istifadə etməsin. Amma yuxarı siniflərin maska istifadəsi üçün heç bir problem yoxdur. Ona görə də kurslarda gigiyenik qaydalara və tibbi maskadan istifadəyə nəzarət olmalıdır”.


Etiketlər:  Kurslarda şagirdlərin tibbi maskadan istifadəsinə nəzarət edilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ