Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paltarlardan ləkələrin təmizlənməsi

Paltarlardan ləkələrin təmizlənməsi

Tarix: 17 Oktyabr 2020 07:42

Yağ ləkəsini təmizləmək üçün ləkənin hər iki üzündən talk və ya təbaşir tozu səpin və hər iki tərəfdən kağızla tozları parçaya pərçimləyin və 1 sutka saxlayın. Sonra tozu çırpın. Tünd rəngli parçalarda tozu paltarın tərs üzündən səpin və kağız qoyun. 1 sutka bitdikdən sonra isə paltarı yuyun.
Yod ləkəsinin açıq rəngli pambıq, kətan, yun, ipək parçalardan təmizləmək üçün hiposulfit məhlulu ilə silin. Bunun üçün 1 stəkan suya 1 çay qaşığı hiposulfit qatılır və qarışdırılır. Pambıq vasitəsilə yod ləkəsi silindikdən sonra paltar yuyulur.
Rəngli paltardan isə yod ləkəsini silmək üçün denadurat spirti ilə ləkəni silmək, sonra isə paltarı yumaq lazımdır.
Turşu ləkəsini təmizləmək üçün əvvəlcə turşunun xüsusiyyəti aydın edilməlidir.
Qeyri-üzvi turşular limon, sirkə və çaxırla təmizlənir. Qeyri-üzvi turşular pambıq və kətan parçaları dağıdır. Ona görə də turşu düşmüş yeri soda və naşatır spirti qatılmış su ilə yumaq lazımdır. Bu zaman 1 stəkan suya, 1 çay qaşığı naşatır spirti əlavə edilir.
Yağlı boya və rəngsazın lakını benzinin skipidar və ya asetonla qarışığı ilə silmək lazımdır.
Süd, köfe və kakaodan düşmüş ləkələri pambıq, yun və kətan parçaları yuyarkən təmizləmək mümkündür. Ləkə təmizlənmədikdə isə onu benzin və ya asetonla təmizləmək olur.
Ağ parçalara düşmüş ləkələri yarım stəkan suya qatılmış naşatır spirti il təmizləmək olur.
Kif ləkəsini qaynatmaqla aradan qaldırmaq mümkündür. Parça qaynamağa davamlı olmadlqda isə onu hidrogen peroksidlə və ya skipidar islə təmizləmək mümkün olur.
Parçaya düşən ot ləkəsini duzlu su və ya denaturat spirti ilə aradan qaldırmaq olur.


Etiketlər:  Paltarlardan ləkələrin təmizlənməsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ