Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 11:18
Ermənistan Ordusunun Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutması nəticəsində yaranan problemlərin də həlli ilə bağlı müvəqqəti Operativ Qərargah yaradılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Qərargah hadisə nəticəsində evləri dağılan, qalacaq yerləri olmayan sakinlərin müvəqqəti yaşayış yerləri ilə təmin olunması, bəzi ehtiyaclarının qarşılanması ilə məşğul olur.