Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2020 14:42
Honqkonq Universitetinin alimləri COVİD-19-un müalicəsi üçün yeni antiviral strategiya tapıblar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Nature Microbiology" nəşrində bu barədə qeyd edilir.
Tədqiqatçılar bildirirlər ki, xoralara qarşı istifadə olunan Ranitidine Bizmut Sitrat (RBC) dərmanı SARS-CoV-2-yə qarşı da təsirlidir.
RBC virusun təkrarlanması üçün lazım olan protein helicase Nsp13-ü hədəf alır. O, sink ionlarını xaric edir, helikazın fəaliyyətinə təzyiq göstərir.
Dərmanın SARS-CoV-2 ilə yoluxmuş hüceyrələrdə virus yükünü 1000 dəfədən çox azaltdığı bildirilir.