Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid

Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid

Tarix: 19 Oktyabr 2020 15:30

Rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov növbəti dəfə özünün qatı ermənipərəst mövqeyini ortaya qoyub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, adətən erməni ekspertlərini dəvət edərək Qarabağ məsələsini müzakirə edir.

V.Solovyov hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışmaqla öz ermənipərəst mövqeyini göstərir.

18 oktyabr 2020-ci il tarixində yayımlanan verilişdə isə Solovyev Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alaraq, xəritə yayımlayıb. Xəritədə Ermənistanın işğal etdiyi torpaqlar Azərbaycan ərazisi kimi göstərilməyib. Halbuki, Rusiya Federasiyası bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Solovyev da bunu lap dəqiq bilir, amma erməni "feyk"lərini yaymağa və qərəzli mövqeyinin üstündə durmağa üstünlük verir.


Etiketlər:  Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid


RƏYLƏR