Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənnilər arasında vətənpərvərlik davası

Müğənnilər arasında vətənpərvərlik davası

Tarix: 19 Oktyabr 2020 17:15

Müğənni Rəqsanə İsmayılova həmkarlarını tənqid edib.

Sonxeber.net mediapost-a istinadla xəbər verir ki, o, video paylaşaraq hazırkı müharibə şəraitində vətənpərvərliklə bağlı klip çəkdirən, fotosessiya etdirən həmkarlarına sərt sözlər deyib:

"Heç kim sözümdən inciməsin, hazırda nə klip, nə mahnı vaxtıdır. Öz yaxınımız öləndə belə edirik? Bu qədər şəhid vermişik, Gəncədə yaşananlar, itirdiyimiz körpələr, neçə bala kimsəsiz qaldı. Hər şeyin vaxtı var, klip də, şəkil də çəkdirərsiniz, mahnı da oxuyarsınız. Ayıbdır. Hərəkətinizə fikir verin, insanların canı yanır. Hələ arsız-arsız çəkilişlərdə gülürsünüz, qəh-qəhə çəkirsiniz, utanıram. Nə zaman torpaqlarımız tam azad olar, hər şey yoluna düşər, onda nə istəyirsiniz edin. O ölən körpələrdən utanın, abrınız-həyanız olsun".

İfaçının bu fikirlərindən sonra sosial mediada müzakirə başlayıb. Tənqidlərə qoşulanlar sırasında müğənni Səidə Sultan da olub. İfaçı bəzi məşhurları süni vətənpərvər adlandırıb:

"Biri hərbçi şalvarı geyinir, biri əlinə silah alır, üzündə 80 kq makiyajla əynində əsgər forması marş, milli mahnılar oxuyurlar. Nə olub? Bu vaxta qədər yadlarına düşmədi, indi bəhsə giriblər, hər bir məqamdan reklam "tuturlar". Süni vətənsevərlər. Neçə ildir oxuyuram, vətən mahnım yoxdu. Özümə həmişə söz vermişdim nə vaxt torpaqlar alınar, onda da oxuyaram".

Xatirə İslam hazırkı vəziyyətlə bağlı depressiyada olduğunu yazıb:

"Çox həssas dönəm yaşayırıq. Elə bir haldayam ki, izləyicilərimlə 5 dəqiqə canlı ünsiyyətə girə bilmirəm. Özümü çox piss hiss edirəm. Ağlamaqdan gözüm-başım şişib, camaatın qarşısına çıxası formada deyiləm. İstəmirəm məni belə görsünlər, Allah hamımıza kömək olsun!".

Yaxın günlərdə vətənpərliklə bağlı mahnısı işıq üzü görən Günel Zeynalova isə "Biz birlikdə güclüyük, qələbə qazanacağıq. 30 il bir igidin ömrüdür. Qurban olum körpələrə, analara, atalara. Ürəyimiz qan ağlayır", - deyə bildirib.

Müğənni Xatun Əliyeva isə bir vaxtlar küsülü olduğu Rəqsanənin videosunu paylaşaraq ona dəstək olub:

"Ürəyimdən tikan çıxardın. Hərə bir əsgər forması geyinib fotosessiya etdirir, klip çəkdirir. Bu can-fəşanlıqla torpaq alınmır. Bu vaxta qədər bir şey edə bilməmisiniz, indiyə qalıb ucuz və havayı piarınız? Kaş İnstaqramı bağlayardılar, bu ağrılı günlərdə sizi görməzdik. Sizi tanıyıram, qabınızda qanacaq yoxdur, bəs, yanınızda bir normal adam yoxdur ki, desin, ayıbdır, bir hor oturun? Sizə mahnı verən də, klip çəkənlər də tayınızdır, reklamı müharibəyə saxlayanlardır. Kliplər də hamısı reklam üçün pulsuz çəkilir. Allah sizə ağıl versin!".

Türkiyədə yaşayan müğənni İradə İbrahimova isə Rəqsanəyə belə postlar paylaşmamasını məsləhət görüb:

"Sənə qurban olaram, erməniləri sevindirməməliyik. Onlar bizim yaslarımıza baxıb, məsxərəyə qoyurlar. Çox şərəfsiz, qaniçən düşmənlə vuruşuruq".


Etiketlər:  Müğənnilər arasında vətənpərvərlik davası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ