Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin qiymətləri dəyişib

Azərbaycan neftinin qiymətləri dəyişib

Tarix: 20 Oktyabr 2020 12:44

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 42,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,78 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.


Etiketlər:  Azərbaycan neftinin qiymətləri dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ