Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2019 17:30
Bakı. Trend:
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan spirtli içkilərin və tütün məmulatlarının realizə ediləcəyi barədə əməliyyat məlumatı daxil olub.
Komitədən Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Mətbuat prospektində həyata keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası vətəndaşı idarə etdiyi "Daewoo nexia" markalı minik avtomobilinin baqaj və salonuna yerləşdirilmiş 5 ədəd karton qutuda və 4 ədəd sellofan torbada olan spirtli içkiləri və tütün məmulatlarını şərti alıcıya satmaq istəyərkən saxlanılıb.
Baxış zamanı 5 ədəd karton qutular və 4 ədəd sellofan torbaların içərisindən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış, hər biri 1l həcmində olmaqla, cəmi 149 ədəd üzərində "Nemirovskaya Osobaya Classic" yazıları olan spirtli içkilər və 1000 ədəd "Marlboro touch" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin