Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ordusu dəqiq zərbələrin endirilməsi üçün süni intellektdən istifadə edəcək

ABŞ ordusu dəqiq zərbələrin endirilməsi üçün süni intellektdən istifadə edəcək

Tarix: 20 Oktyabr 2020 20:20

"C4ISRNET" nəşrində dərc olunan məqalədə ABŞ ordusuna şərti düşmənin mövqelərinə dəqiq zərbələrin endirilməsi üçün peyk və süni intellektdən istifadəyə imkan verən "Project Convergence" alqoritmi haqqında danışılıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, aşağıorbitli peyklər döyüş meydanından görüntülərin əldə olunması üçün istifadə edilir. Müvafiq məlumatlar "Tactical Intelligence Targeting Access Node" (TITAN) yerüstü data mərkəzinə daxil olduqdan sonra orada qarşı tərəfin obyektlərinin yerləşdiyi yeri müəyyənləşdirən "Prometheus" süni intellekt sistemi tərəfindən emal edilir. Sonra həmin koordinatlar komanda məntəqəsinə ötürülərək "Tactical Assault Kit" sistemi tərəfindən emal olunur.

Məlumata görə, sistem düşmən obyektinə zərbənin endirilməsi üçün hansı silahın lazım olduğunu müəyyənləşdirə bilir. "Operator tövsiyələri razılaşdırır və tuşlama haqqında məlumatlar zərbənin endirilməsi üçün silah sisteminə və ya hərbi qulluqçuya göndərilir", - məqalədə qeyd olunur.

Proses çətin görünməsinə baxmayaraq bütün əməliyyatlar bir göz qırpımında yerinə yetirilir.


Etiketlər:  ABŞ ordusu dəqiq zərbələrin endirilməsi üçün süni intellektdən istifadə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ