Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəzi insanlar deyirdilər ki, bu qədər silah-sursat nəyimizə lazımdır, onsuz da müharibə aparmayacayıq...''

''Bəzi insanlar deyirdilər ki, bu qədər silah-sursat nəyimizə lazımdır, onsuz da müharibə aparmayacayıq...''

Tarix: 21 Oktyabr 2020 15:06

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan iqtisadi cəhətdən güclənib, beynəlxalq arenada mövqeləri möhkəmlənib və söz sahibinə çevrilib. Bu illər ərzində ölkə başçısı bütün beynəlxalq və daxili tədbirlərdə həmişə torpaqlarımızın işğal altında olması ilə bağlı narahatlığını bildirir və azad olunacağı ilə bağlı ictimaiyyəti məlumatlandırırdı.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, hər il dövlət büdcəsi hazırlayanda hərbi xərclərin payı kifayət qədər çox götürülürdü və ordumuzun müasirləşdirilməsi aparılırdı:

"Ordumuza yeni silahlar alanda və hərbi təlimləri keçiriləndə bəzi insanlar deyirdilər ki, bu qədər silah-sursat nəyimizə lazımdır və onsuz da, müharibə aparmayacayıq. Amma zaman onu göstərdi ki, cənab Prezident böyük qələbənin əldə olunması üçün bu illər ərzində böyük hazırlıq görürdü. Bu hazırlıq təkcə hərbi gücümüzün artması ilə kifayət deyildi.

Biz bu illər ərzində uğurlu xarici siyasət apardıq və bacardıq ki, torpaqlarımızın işğalda olmasını bütün dünya dərk etsin. Biz dünya beynəlxalq hüquq normalarını və BMT TŞ-nın qətnamələrini mütəmadi gündəmə gətirməklə Ermənistanın işğalçı və terrorist mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildik. Biz Avropa İttifaqı, AŞPA-nı, İƏT-nı, Qoşulmama Hərəkatı təşkilatını və digər beynəlxalq təşkilatlarının üzvü ölkələrini inandıra bildik ki, Azərbaycanın hüquqları Ermənistan tərəfindən beynəlxalq səviyyədə tapdalanmışdır.

Biz haqq işimizi təmin etmək məqsədilə əks hücum əməliyyatlarının aparılması üçün Silahlı Qüvvələrimizi dünyanın ən müasir texnologiyalarına əsaslanmış silahlarla təchiz edə bildik. Sivil müharibənin uğurla aparılması üçün kosmik sənayemizi yaratdıq. Bu illər ərzində biz iqtisadiyyatımızı gücləndirərək müharibə aparmaq üçün maliyyə ehtiyatlarımızı təmin etdik. Cənab Prezidentin sözü ilə desək, "Biz nəyi nə vaxt etmək lazımdırsa daha yaxşı bilirik".

Mütləq şəkildə qeyd etməliyəm ki, həqiqətən Prezidentin hakimiyyətdə olduğu illərdə apardığı siyasi kurs ölkə əhalisinin sosial rifahını yaxşılaşdırmaqla bizi qələbə təmin ediləcək müharibəyə hazırladı. Bu gün şanlı ordumuz cəbhədə çox uğurla irəliləyir. Hər gün torpaqlarımız qarış-qarış işğaldan azad olunur. Düşmənimiz məğlub olur. Düşmən ordusu kütləvi fərarilik, ərzaq, yanacaq və hərbi sursat çatışmamazlığı ilə üzləşib. Buna Ali Baş Komandanımızın qəttiyyəti, güclü siyasi iradəsi və xalqımızı bir yerdə eyni amal uğrunda mübarizəyə cəlb edilə bilmək bacarığı sayəsində nail olmuşuq. Prezident İlham Əliyev xalqımızı erməni təhqirindən qurtardı və 30 illik həsrətimizə son qoydurur. Bu gün cənab İlham Əliyev xalqımızın ən sevimli, ölkəmizin gələcəyini əbədi etibar edə biləcək Prezidentinə çevrilib. Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi", "Biz birlikdə güclüyük" şüarlarını səsləndirməklə Azərbaycan sarsılmaz, mübariz, qalib ölkəyə çevrildi. Bu gün hər bir insan balacasından - böyüyə qədər xoşbəxt ölkənin xoşbəxt vətəndaşı olduğunu hiss edir. Bu günü bizə bəxş edən cənab İlham Əliyev oldu. Yaşasın, cənab Prezident İlham Əliyev!"


Etiketlər:  Bəzi insanlar deyirdilər qədər silah sursat nəyimizə lazımdır onsuz müharibə aparmayacayıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ