Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Tarix: 21 Oktyabr 2020 17:32

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 20-də 42,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.

Milli.Az


Etiketlər:  Azərbaycan nefti ucuzlaşıb


RƏYLƏR