Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pis oyun, pis gecə idi'' - Zidan

''Pis oyun, pis gecə idi'' - Zidan

Tarix: 22 Oktyabr 2020 13:26

"Özümü komandadakı vəziyyəti düzəltməyə qadir biri kimi görürəm, bunu etməyə çalışacağam. Futbolçular bu işdə mənə kömək edəcəklər. Çıxış yolu axtaracağıq və tapacağıq. İndi şənbə günü keçiriləcək "Barselona" ilə səfər oyununa hazırlaşmalıyıq. Əlbəttə ki, "Şaxtyor" la matçdakı bu nəticədən sonra özümüzü pis hiss edirik".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda evdə "Şaxtyor"a (Donetsk) 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Fransalı mütəxəssis daha sonra bildirib: "Bu oyun hər şeyin birləşməsidir. İlk qoldan əvvəl səhv etdik, özümüzə inam yox idi. İkinci hissədə görüşün gedişatını dəyişdirən oyunçulara görə sevindim. Onlar məğlubiyyə layiq deyildilər. Pis oyun, pis gecə idi. Amma sabah yenə günəş doğacaq. Məşqçiyəm və bir həll yolu tapmalıyam. Nəticəyə görə cavabdehəm və səhv etdiyim üçün ilk hissə yaxşı keçmədi".

Zidan ilk qolun hər şeyi dəyişdirdiyini vurğulayıb: "Amma Çempionlar Liqası yeni başlayıb və biz təslim olmaq fikrində deyilik".


Etiketlər:  oyun gecə Zidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ