Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2020 18:00
"Real"ın futbolçusu Vinisius Junior Çempionlar Liqasında yeni rekorda imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu buna ÇL-in qrup mərhələsinin ilk turunda evdə Ukrayna "Şaxtyor"una qarşı matçda nail olub. Belə ki, o, 59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra rəqib qapısına qol vurub. Bu, rəsmi statistikanın qeydə alınmağa başladığı 2006/2007 mövsümündən indiyə kimi rekord göstəricidir.
Qeyd edək ki, sözügedən görüş Donetsk təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.