Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev Xankəndidə Ərdoğanla görüşüb - FOTO

İlham Əliyev Xankəndidə Ərdoğanla görüşüb - FOTO

Tarix: 4 Iyul 2025 18:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğuladı.

Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirdi.

Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Rəcəb Tayyib Ərdoğan bir daha vurğuladı ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti qeyd etdi ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaqdır.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğuladı ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.

Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apardılar.


Etiketlər:  İlham Əliyev Xankəndidə Ərdoğanla görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ