Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində - FOTO

“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində - FOTO

Tarix: 22 Oktyabr 2020 18:20

Türkiyənin "Haber Global", "CNN Türk", "A Haber", həmçinin Rusiyanın "Pervıy Kanal", "NTV", "Rossiya-1" və "Rossiya-24" telekanalları "ASAN Könüllüləri" Təşkilatının "Əsgərə məktub" layihəsini əks etdirən xüsusi reportajlar hazırlayıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, layihə çərçivəsində qəhrəman Vətən övladlarına ünvanlanan mesajlar əks olunub. Həmçinin vətəndaşlarımızın yüksək qələbə əzmində olduqları, tezliklə işğaldan azad olunacaq torpaqlarda Azərbaycan Bayrağının dalğalanacağına əminlik nümayiş olunub.

Reportajlarda Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlərin ASAN ödəniş" sisteminə uğurla inteqrasiya olunduğu da diqqətə çatdırılıb. Bu çərçivədə bütün "ASAN xidmət" mərkəzlərindəki terminallar vasitəsi ilə Silahlı Qüvvələr üçün vətəndaşlar tərəfindən ödənişlərin mümkünlüyü qeyd olunub.


Etiketlər:  Əsgərə məktub layihəsi Türkiyə Rusiya mediasının diqqət mərkəzində FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ