Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda avtomobil istehsalı artıb

Tarix: 23 Oktyabr 2020 14:12

2020-cilin yanvar-sentyabr aylarında 232,7 milyon manat məbləğində maşın vә avadanlıq, avtomobil, qoşqu vә yarımqoşqu istehsal edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıq istehsalı 28,9 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 72,2 faiz artıb.

Qeyd olunur ki, bu ilin ilk doqquz ayı ərzində 1 382 minik maşını istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 306 ədəd çoxdur. Həmin dövrdə istehsal olunan traktorların sayı 220 ədəd təşkil edib.

Milli.Az


Etiketlər:  Azərbaycanda avtomobil istehsalı artıb


RƏYLƏR