Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 14:51
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə potensialının işə salınması barədə danışmaq düzgün deyil.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
O bildirib ki, münaqişə Ermənistan ərazisinə keçməyib:
"Ermənistandan rəsmi müraciət daxil olmayıb. KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil".