Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülnarə Xəlilova Azərbaycan Ordusunun azad etmə missiyasının şərəfinə kolleksiya təqdim edib - FOTO

Gülnarə Xəlilova Azərbaycan Ordusunun azad etmə missiyasının şərəfinə kolleksiya təqdim edib - FOTO

Tarix: 23 Oktyabr 2020 14:58

Tanınmış dizayner Gülnarə Xəlilova şanlı Azərbaycan Ordusunun azad etmə missiyası və Azərbaycan-İran sərhədi üzərində tam nəzarətin təsis edilməsi şərəfinə şifrondan hazırlanmış şərf kolleksiyasını təqdim edib. 

Sonxeber.net Trend-ə istinadən bildirir ki, G. Xəlilova deyib: "Biz çox sevincli günlər yaşayırıq. Torpaqlarımız 30 ilə yaxındır Ermənistanın işğalı altında olub, ölkəmizdə bir milyona yaxın qaçqın var, minlərlə memarlıq abidəsi məhv edilib. Bu günlərdə başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla möhkəm birləşmiş xalqımız və rəşadətli Ordumuz ölkəmizi erməni faşistlərindən azad edir. Azad edilmiş şəhər və kəndlər arasında mənim valideynlərim üçün doğma Cəbrayılın olmasını qeyd etmək fərəhlidir. Ötən gün isə növbəti çox gözəl xəbər gəldi ki, Azərbaycan və İran sərhədi üzərində tam nəzarət bərqərar edilib, sözügedən sərhədin 133 kilometri daha əvvəl erməni işğalçılarında olub. Qəhrəmanlarımıza əbədi eşq olsun! Allah şəhidlərimizə rəhmət eləsin!".

Şərf nümayişində Qarabağ müharibəsi qazisi, ikiqat paralimpiya çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev, Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Elnur Kərimov, teleaparıcılar Səbinə Öz, Könül Mənsimova, Emil Şahzadə, ifaçı Kəmalə Əhmədova və başqaları iştirak ediblər.


Etiketlər:  Gülnarə Xəlilova Azərbaycan Ordusunun azad etmə missiyasının şərəfinə kolleksiya təqdim edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ