Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 16:36
Bakı. Trend:
Törəmə şirkətimiz olan R.V. Investment Group Services (“Şirkət”) və Azərbaycan Hökuməti arasında 1997-ci ildə Azərbaycanın qızıl-mis yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü (“HPBS”) Sazişi imzalanmışdır.
Sazişə əsasən, Şirkət, Azərbaycanın Gədəbəy, Qoşa, Ordubad Qrupu, Kəlbəcər rayonu ərazisindəki Söyüdlü, Qızılbulaq və Zəngilan rayonu ərazisindəki Vejnəli mədən-filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı hüququna malikdir. Şirkət Gədəbəy, Qoşa və Ordubad mədən-filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı işlərini uğurla davam etdirir. Lakin, Kəlbəcər rayonu ərazisindəki Söyüdlü, Qızlbulaq və Zəngilan rayonu ərazisindəki Vejnəli mədən-filiz yataqları hal-hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu Kontrakt sahələrinin hər biri təqribən 300 kvadrat kilometr olmaqla, ümumilikdə 900 kvadrat kilometr ərazini əhatə edir.
İşğal olunmuş ərazilərdəki hər bir Kontrakt sahəsi Sovet dövründə kəşfiyyatlarla müəyyən edilmiş yataqlarda qızıl minerallaşmalarının olması ilə tanınır. Üç Kontrakt sahəsi üzrə hesablanmış qızılın miqdarı C1 və C2 kateqoriyaları üzrə 112.5 ton və əlaqə olaraq P1 kateqoriyası üzrə 37 tondur. Qızıldan başqa, Qızılbulaq mədən-filiz yatağında 52,000 ton mis olduğu bildirilmişdir. Kəşfiyyat işləri aparmaqla, bu bilinən zonalara əlavə əlaqəli minerallaşmaları (təzahürlər və ya yataqlar) kəşf etmək mümkündür. HPBS-dən çıxarış olan xəritə (bax Əlavə 1) Kontrakt sahələrini göstərir, bələ ki, ərazi 4 Qızılbulaq, ərazi 5 Söyüdlü, ərazi 6 Vejnəli mədən-filiz yataqlarıdır.
Ermənistanın hərbi təcavüzü Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnmişdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884) döyüş əməliyyatlarının dayandırılması və bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. HPBS-in imzalanmasından 23 il keçməsinə baxmayaraq, Şirkətimizin bu mədən-filiz yataqlarına çıxışı yoxdur.
Məlumatlara əsasən, ermənilər bütün beynəlxalq hüquq normalarını heçə sayaraq bu mədən-filiz yataqlarını qanunsuz istismar edir. 2006-cı ildə Kanadanın Sterlite Gold mədən şirkəti işğal altında olan Kəlbəcər rayonundakı yataqlarda qanunsuz fəaliyyətə başlamışdır. Şirkətimiz tərəfindən McGrigors (London) beynəlxalq hüquq şirkətinin məsələyə cəlb edilmiş və həmin şirkətə etiraz məktubumuz ünvanlanmışdır. Həmin Kanada şirkəti səhm bazarında təmsil olunduğu üçün imic riskini nəzərə alaraq qanunsuz fəaliyyətini dayandırmışdır. Lakin hazırda əlimizdə olan məlumatlara əsasən bəzi Rusiya və Avropa şirkətləri yenidən belə qanunsuz fəaliyyətləri davam etdirirlər. Azərbaycanın qiymətli və əlvan metal ehtiyatları talan edilir və ölkə iqtisadiyyatına, eləcə də Şirkətə milyonlarla dollar həcmində ziyan vurulur. Bunun qarşısını alınması üzrə əlimizdə olan bütün vasitələrlə mübarizə aparmağa davam edəcəyik.
HPBS üzrə işğal altında olan ərazilər azad edildikdən və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (“ATƏT”), yaxud analoji Beynəlxalq Təşkilat tərəfindən həmin ərazilərin işğaldan azad olunması və döyüş əməliyyatlarının dayandırılması faktının təsdiqlənməsi ilə bizim həmin ərazilərdə kəşfiyyat və inkişaf fəaliyyətimiz başlayacaqdır. Fizuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, digər qəsəbə və kəndlərin rəşadətli Azərbaycan Ordusu tərəfindən bu günlərdə işğaldan azad edilməsi xəbərləri bizi sevindirir. Azərbaycan xalqının 30 ilədək müddətdə pozulmuş hüquqlarının bərpası və Azərbaycan Dövlətinin ərazi bütövlüyünün təmin edilməsi uğrundakı haqlı savaşı tam dəstəkləyirik. Azərbaycan Hökuməti ilə uzun illərdir davam edən uğurlu əməkdaşlığımızın bu ərazilərdə də baş tutacağından və bu regionların da sosial-iqtisadi inkişafına töhfə verəcəyimizə əminliyimizi ifadə etmək istəyirik.