Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 17:06
Bakı. İlhamə İsabalayeva -Trend:
Düşmən tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonlarda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib.
İşğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb. Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır:
- Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi
- Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;
- Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi.
Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb. 2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.