Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 18:34
Bakı. Trend:
Türkiyə ümid edir ki, Rusiya ilə birgə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində uğur əldə edə biləcək.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, iki ölkə artıq Suriya və Liviyada böhranın tənzimlənməsində uğur qazanıblar.
R.T.Ərdoğan əlavə edib ki, Ermənistan atəşkəs rejiminə əməl etmir:
“Humanitar atəşkəs barədə razılaşma əldə olunduqdan sonra Ermənistan dəfələrlə Azərbaycan şəhərlərini atəşə tutub. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əlindən gələni etdiyi kimi, Türkiyə də bunun üçün mümkün olan hər şeyi edir”.