Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 20:52
Azərbaycan xalqı bu gün tarixin yeni səhifələrini yazır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Səfirin yazısı Moldovanın aparıcı informasiya portalları, onların sırasında TRIBUNA, NOI və digər informasiya portalları tərəfindən dərc olunub.
Yazıda Qüdsi Osmanov Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixin yeni səhifələrini yazan cəsarətli Azərbaycan ordusunun zəfərlərindən bəhs edir. "Bir az daha - və bu torpaqların həqiqi sahibləri - təxminən 1 milyon qaçqın və məcburi köçkün öz evlərinə qayıdacaq",- yazıda deyilir.
Səfir, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc yaşayış məntəqələrinin sistematik şəkildə atəşə tutulması, o cümlədən münaqişə zonasından uzaq olan Gəncə şəhərinin amansız raket atəşinə tutulması və bunun nəticəsində uşaqların, qadınların, günahsız mülki şəxslərin həlak olması məsələsinə toxunur. "Düşmən hərbi obyektləri deyil, yaşayış məntəqələrini hədəfə alır və bununla da öz faşist mənsubiyyətini göstərir. Onlar Cenevrə Konvensiyasını pozaraq bütün dünya qarşısında mülki şəxslərə qarşı cinayət törədirlər" - deyə, məqalədə vurğulanır.
Sonda diplomat qeyd edir ki, hər gün Azərbaycan bayrağı işğaldan azad edilən yeni qəsəbə üzərində dalğalanır: "Bu torpaqlar - xalqımızındır, bu torpaqlar Azərbaycandır. Qarabağ Azərbaycandır!"
Məqalə ilə aşağıdakı linklərdə tanış olmaq mümkündür:
https://noi.md/ru/v-mire/posol-azerbajdzhanskij-narod-segodnya-pishet-novye-stranicy-istorii?prev=1
https://tribuna.md/ru/2020/10/22/ru