Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2020 23:12
Psixoloq Yuliya Çelışeva payız fəslində depressiyasadan xilas olmaq üçün öz tövsiyələrini verib.
Sonxeber.net bildirir ki, onun fikirlərini REN TV dərc edib.
Mütəxəssisin sözlərinə görə, sürətli yeriş insanın kədərli duyğulardan xilas olmasına kömək edir.
Lakin Y. Çelışeva sürətli yeriş zamanı dialoqa daxil olmağı məsləhət bilmir.
Belə ki, bu, nəfəs almağı çətinləşdirir və addımların sürətinin azalmasına səbəb olur.
Mütəxəssis əlavə olaraq qeyd edib ki, asta sürətlə gəzmək isə əksinə insanın şəxsi həyatı barədə çox düşünməsinə və narahatlığına səbəb olur.
Bu məqam isə psixoloji stress yaradır, insanı daha da kədərləndirir. /medicina.az