Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həftənin ilk iş günü hava necə olacaq? - Proqnoz

Həftənin ilk iş günü hava necə olacaq? - Proqnoz

Tarix: 25 Oktyabr 2020 12:06

Oktyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Milli.Az


Etiketlər:  Həftənin ilk günü hava necə olacaq Proqnoz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ