Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 10:56
Bu günədək Şəki rayonunda fermerlər 3,2 min ton quru tütün istehsal edib.
Sonxeber.net bu barədə Azərbaycan Sənaye Korporasiyasına istinadən məlumat verir.
Qeyd olunub ki, bu il Şəki rayonunun təsərrüfatlarında 1 108 hektar sahədə tütün əkilib:
"Bu mövsüm fermerlər 598,5 hektar sahədə "Virginia Botanical" sortundan tütün, 509,5 hektar sahədə isə yerli sort tütün əkiblər".
Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. 1 920 ton istehsal olunmuş quru tütün ixracatçı müəssisələr tərəfindən satın alınıb.
Bu ilin əvvəlindən etibarən "Azərtütün"ün Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermərlə tərəfindən 10 795 ton tütün göndərilib.