Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubadlı peykdən belə görünür - FOTO

Qubadlı peykdən belə görünür - FOTO

Tarix: 26 Oktyabr 2020 12:02

"Azərkosmos" Qubadlı şəhərinin işğaldan azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini yayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib.


Etiketlər:  Qubadlı peykdən belə görünür FOTO


RƏYLƏR