Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ermənistan heç zaman sülh tərəfdarı olmayıb" - Sevil Mikayılova "TRT World" telekanalına müsahibə verib - VİDEO

Tarix: 26 Oktyabr 2020 13:54

Milli Məclisin deputatı Sevil Mikayılova Ermənistan tərəfinin sülhə hazır olmaması, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşləri barədə "TRT World" televiziya kanalına müsahibə verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, S.Mikayılova bildirib ki, Ermənistan heç zaman sülh tərəfdarı olmayıb:

"Azərbaycan 30 il ərzində danışıqlar prosesində iştirak etdi, lakin Ermənistanla hər hansı bir razılığa gəlmək mümkün olmadı. Çünki onların məqsədi sülh yox, Azərbaycan torpaqlarını işğal altında saxlamaq idi. Hətta Ermənistan yeni təxribatlar törədərək yeni ərazilərimizi işğal etməyə cəhd göstərdi və öz aqressiv siyasətini davam etdirmiş oldu".

Milli.Az


Etiketlər:  Ermənistan heç zaman sülh tərəfdarı olmayıb Sevil Mikayılova TRT World telekanalına müsahibə verib VİDEO


RƏYLƏR